Dünən Masallı rayonu Boradigah qəsəbəsi Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə baş vermiş ölüm hadisəsinin təfərrüatları məlum olub.
Publika.az lent.az-a istinadən xəbər verir ki, hadisə orta
məktəbdə şagirdlərin "Son zəng" tədbirinə hazırlıq görməsi zamanı
baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Kənan
Teymur oğlu məktəbi 9-cu sinifdən bitirsə də "Son zəng"
tədbirinə hazırlıq məqsədi ilə sinif yoldaşlarının yanına gəlib.
Məktəbdə şagirdlər arasında olarkən onunla orta məktəbi keçən il
bitirmiş Həsənağa Həsənov arasında münaqişə
yaranıb. Münaqişə zəminində H.Həsənov Kənanı vurub və 17 yaşlı
oğlan yerə yıxılıb. Bu zaman o, huşunu itirib və başından aldığı
ağır xəsarət nəticəsində vəfat edib.
Artıq 17 yaşlı Kənan bu gün qəsəbə məzarlığında dəfn edilib.
Maraqlıdır ki, dalaşan gənclər uzaq qohumdurlar. Onların babaları
dayıoğlu-bibioğludur. H.Həsənov artıq saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.