Tarixin ən bahalı transferi olacaq futbolçu

Tarixin ən bahalı transferi olacaq futbolçu
12:57 28 May 2017
151 İdman
Ölkə mətbuatı
A- A+

Avropa futbolunda transfer pəncərəsi rəsmən açıqlanır. Artıq klublar heyətlərinə yeni oyunçular cəlb etməyə başlayır.


"Real"ın 2009-cu ildə Kriştiano Ronaldoya görə "Mançester Yunayted"ə 94 milyon avro ödəməsindən sonra transferlərə böyük pulların ödənməsi prosesi start götürüb. İndi dünyanın ən bahalı futbolçusu Paul Poqbadı ki, "Mançester Yunayted" ötən yay onu "Yuventus"dan 110 milyon avroya transfer edib. Transfer rekordları arasında "Real"ın 101 milyona aldığı Qaret Beyl, "Yuventus"un 90 milyona heyətinə qatdığı Qonzalo Hiquayn kimi ulduzlar var. İndi klublar sıradan futbolçulara belə 20 milyon avrodan artıq pul ödəyir.


Bəs bu yayın transfer bombası kim ola bilər? Ümumiyyətlə Paul Poqbanın rekordunu kimin qırması gözlənilir? Bu ada ən real namizəd Kilian Mbappe hesab olunur. "Monako" artıq ulduzu üçün 100 milyonluq təklifləri geri çevirib. Fransa klubunun onu ən azı 120 milyona satmaq istədiyi deyilir ki, bu da futbol tarixinin yeni rekordu hesab olunur.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tarixin-n-bahal-transferi-olacaq-futbolcu-t58370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR