Şri-Lankada daşqınlar: 146 ölü

Şri-Lankada daşqınlar: 146 ölü
13:27 28 May 2017
25 Dünya
Ölkə mətbuatı
A- A+

Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha 112 nəfər itkin düşmüş sayılır. 500 minə yaxın insan daşqınlar səbəbidən evlərini tərk etmək məcbutiyyətində qalıblar.

Təbii fəlakətlərlə mübarizə mərkəzinin məlumatına görə, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.

Ölkə rəhbərliyinin sözlərinə görə, Nivala çayının ətraf rayonlarında və paytaxt Kolombo şəhərinin yaxınlığında daşqın təhlükəsi azalıb. Lakin paytaxtdan cənubdə yerləşən ərazilərdə vəziyyət dəyişməz olaraq qalır.

Şri-Lanka rəhbərliyi yardım üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR