Şri-Lankada daşqınlar 146 nəfərin həyatına son qoyub

Şri-Lankada daşqınlar 146 nəfərin həyatına son qoyub
13:27 28 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə "France Press" agentliyi xəbər verib.
Məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində daha 112 nəfər itkin düşüb. Təxminən 500 min nəfər evlərini tərk etməyə məcbur olub.
Təbii Fəlakətlərlə Mübarizə Mərkəzinin məlumatına görə, daşqınlar nəticəsində təxminən iki min ev zədələnib və ya tamamilə dağılıb. Qeyd olunur ki, yağışların bir müddət kəsilməsi hakimiyyət orqanlarına bütün əmlakını itirmiş insanlara zəruri malların çatdırılmasına imkan verib.
Artıq Şri-Lanka BMT-ə və Cənubi Asiya ölkələrinə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək üçün müraciət edib.
Qeyd edək ki, ilkin məlumatda 122 nəfərin həlak olduğu bildirilirdi. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sri-lankada-dasqinlar-146-neferin-heyatina-son-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR