"Zirə" klubu fransalı legioneri ilə yollarını ayırıb

"Zirə" klubu fransalı legioneri ilə yollarını ayırıb
13:42 28 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, qarşılıqlı razılıq əsasında Amadu Sanqare ilə yollar ayrılıb.
Fransalı yarımmüdafiəçi karyerasını başqa komandada davam etdirəcək.
Qeyd edək ki, bunadək "Zirə" Tural Cəlilov, Yamin Ağakərimzadə, Nurlan Novruzov, Elvin Məmmədov və Migel Lorenso ilə yollarını ayırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-klubu-fransali-legioneri-ile-yollarini-ayirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR