İraqda silsilə terror aktları törədilib: ölənlər və yaralananlar var

İraqda silsilə terror aktları törədilib: ölənlər və yaralananlar var
14:27 28 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində terror aktları törədilib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə qeyd olunur ki, partlayışlar paytaxtın Əl-Nəhrəvan, Maskat və Humeyr rayonlarında törədilib. Partlayışlar nəticəsində 5 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
Eyni zamanda təhlükəsizlik qüvvələri Bağdadın qərbində 32 partlayıcı qurğunu zərərsizləşdiriblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqda-terror-aktlari-toredilib-olenler-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR