G7 liderləri dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdırlar

G7 liderləri dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdırlar
14:57 28 May 2017
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük 7-lik (G7) beynəlxalq hüquqa əsaslanan, bütün dövlətlərin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini təmin edən və insan hüquqlarının müdafiəsinə zəmanət verən, beynəlxalq intizamın möhkəmlənməsində maraqlıdır.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə G7-nin sammitinin yekunları üzrə qəbul olunmuş kommünikedə deyilir.

"Dünyanın, milyonlarla günahsız insanlara toxunan, gələcək nəsillərin sağlam inkişafına mane olan, münaqişələrin həllinə tam sadiqliyimizə ehtiyacı var", - kommünikedə deyilir.

Qeyd edək ki, G7-nin 43-cü sammiti 26-27 may İtaliyanın Taormine şəhərində keçirilib. Sammit Alamniyada və Fransada keçirilən prezident seçkilərindən sonra keçməsi və ABŞ prezidenti Donald Trampın və Fransa prezidenti Emmanuel Makronun G7 liderləri ilə ilk görüşü olması səbəbindən böyük siyasi əhəmiyyət daşıyırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548993.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR