"KaMAZ"la "ZİL" toqquşdu - Yaralananlar var

"KaMAZ"la "ZİL" toqquşdu - Yaralananlar var
15:08 28 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Düyrəli kənd sakini, 1995-ci il təvəllüdlü Pənahlı Fərid Vidadi oğlunun idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Sarıyev Rizvan Sarı oğlunun idarə etdiyi "Zil" yük avtomobili toquşub. Nəticədə "Zil" yoldan cıxaraq aşıb, "KaMAZ" isə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri - Rizvan Sarıyev Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər yaralı F.Pənahlı isə xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR