"Qəbələ" Macarıstanda iki heç-heçə etdi

"Qəbələ" Macarıstanda iki heç-heçə etdi
15:17 28 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Macarıstanda keçirilən Laslo Kubalanin xatirəsinə həsr olunan turnirdə ilk oyun gününə yekun vurulub. Fanat.Az xəbər verir ki, “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası “Vaşaş Kubala Akademiyası”nın təşkil etdiyi turnirə eyniadlı komanda ilə görüşlə start verib. 


“Qırmızı-qaralar” meydan sahibləri ilə görüşdən 1 xalla ayrılıb - 0:0. Qrupdakı son matçında "Qəbələ" İsveçin AİK klubu ilə qarşılaşıb. İbrahim Camalovun rəqib qapısına yol tapdığı görüş 1:1 hesabı ilə nəticələnib. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda topladığı 2 xalla qrup mərhələsini 2-ci pillədə başa vurub. Skandinaviyalıları 1:0 hesabı ilə yenən meydan sahibləri isə 1-ci yerlə finala yüksəlib.


“Qəbələ” bu gün 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” Slovakiya təmsilçisi “Rujomberok”la ilə üz-üzə gələcək. Kubokun qalibi isə “Vaşaş Kubala Akademiyası” ilə Polşa “Zaqlebiye”si arasındakı matçda bəlli olacaq. AİK-lə Serbiya “Voyvodina”sı 5-ci yer uğrunda matça çıxacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-macarstanda-iki-hec-hec-etdi-t58380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR