Oğurlanan Fransa vətəndaşı azad edildi

Oğurlanan Fransa vətəndaşı azad edildi
15:27 28 May 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bu ilin martın 1-də Konqo Demokratik Respublikasında naməlum şəxslər tərəfindən oğurlanan Fransa vətəndaşı azad edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

E.Makron Fransa vətəndaşının azad edilməsi istiqamətində çalışmış hər bir kəsə, xüsusən Konqo Demokratik Respublikasının hökumətinə təşəkkür edib.

Qeyd edək ki, Fransa vətəndaşı silahlı şəxslər tərəfindən Konqonun şərqindəki Salamabila şəhərində oğurlanıb. Onunla birlikdə bir Tanzaniya, 3 konqolu oğurlanıb. Onların hamısı Kanadanın "Banro" qızıl hasilatı şirkətində çalışıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR