Çində restoranda partlayış baş verib: 12 yaralı

Çində restoranda partlayış baş verib: 12 yaralı
15:29 28 May 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Çində, Cjenzyan əyalətinin Hançjou şəhərində restoranlardan birində partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 9-u restoranın işçisi olmaqla 12 nəfər yaralanıb.

Məlumata əsasən, partlayış qaz balonunda sızma olması nəticəsində baş verib. Hadisə yerində partlayışın nəticələrinin aradan qaldırılması və onun təkrarlanmasının qarşısının alınması üçün xüsusi xidmətin əməkdaşları işləyir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2760043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR