Tbilisidə 28 May - Respublika Günü qeyd olunub

Tbilisidə 28 May - Respublika Günü qeyd olunub
15:37 28 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 28 may. REPORT.AZ/ 28 May - Respublika Günü Gürcüstanda geniş qeyd olunub.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri, NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün Gürcüstanda səfərdə olan Milli Məclisin deputatları, Azərbaycanın NATO-dakı daimi nümayəndəliyinin rəhbərliyi, eləcə də Azərbaycan şirkətlərinin əməkdaşları mayın 28-də Tbilisidəki Heydər Əliyev parkında olublar. Onlar ulu öndərin parkdakı abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.
Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov jurnalistlərə müsahibəsində deyib: “Müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. 28 May tarixinin də bayram günü kimi qeyd olunması ulu öndərimizin adı ilə bağlıdır. Ona görə də dünyanın bir çox ölkəsində Heydər Əliyevin xatirəsi də ehtiramla anılır. Biz də, bu gün Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət etməklə həm ulu öndərimizə ehtiramımızı bildirdik, həm də milli bayramımızı qeyd etdik”.






Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/tbiliside-28-may-respublika-gunu-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR