Viləşçay çayında çimərkən batmış şəxslərin cəsədləri tapılıb

Viləşçay çayında çimərkən batmış şəxslərin cəsədləri tapılıb
16:07 28 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Masallı rayonu, Viləşçay çayında çimərkən batmış şəxslərin cəsədləri tapılıb.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhraman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:52-də başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/vilescay-cayinda-cimerken-batmis-sexslerin-cesedleri-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR