Azərbaycanda ən çox istifadə olunan yalanlar

Əgər bir insan deyirsə ki, həyatda heç vaxt yalan danışmayıb, elə ən böyük yalanı da odur. İnsanın həyatında yalan danışmaması mümkün deyil. Bəs biz azərbaycanlılar ən çox hansı yalanı danışırıq? Bu sualın cavabını öyrənmək üçün kiçik sorğu keçirilib.

Məlum olub ki, Azərbaycanda ən çox danışılan yalanlar bunlardır:

1. "Biz sizinlə əlaqə saxlayacağıq”.

Bu yalanı iş axtaranlar tez-tez eşidirlər. Hər hansı bir vakansiya üçün CV göndərirlər və müsahibəyə dəvət alırlar. Müsahibədən sonra şirkətin əməkdaşı deyir ki, əlaqə saxlayacağıq. İş axtaran da bəzən aylarla həmin "əlaqənin” nə vaxt saxlanacağını gözləyir.

2. "Gələn aydan idmana başlayıram”.

Bu yalanı isə adətən artıq çəkidən əziyyət çəkən kişilər deyirlər. Onlar hər dəfə planlarını növbəti aya qədər təxirə salırlar. Ancaq aylar-illər ötsə də eləmirlər.

3. "Daha bu qədər içməyəcəm”.

Yığıncaqlarda, toylarda, bayramlarda spirtli içki həddini aşıb, səhəri gün baş ağrısından əziyyət çəkən adamlar daha belə içməyəcəklərinə söz verirlər. Ancaq növbəti yığıncaqda verilən söz unudulur.

4. "Sabahdan pəhriz saxlayacam, arıqlayacam”.

Çəkisinin artıq olduğunu düşünən qızlar sabahdan pəhriz saxlayacaqlarını vəd verirlər. Həmin vədin müddəti isə növbəti dadlı şirniyyat süfrəsinə qədər olur.

5. "Sən məndən daha yaxşısına layiqsən”.

Adətən oğlanlar qızlardan ayrılmaq üçün bu məşhur kəlmədən istifadə edirlər. Ayrılıqlarına bəraət qazandırmağa çalışırlar. Eyni zamanda, ayrılıqla qızın qəlbini çox da qırmamağa çalışırlar. Ancaq anlamırlar ki, qızlar artıq bu cür yalanları bilirlər.

6. "Sənin barəndə fikrim ciddidir”.

Əgər qızlar bu sözü oğlandan eşidirlərsə, deməli, işlər qəlizdir. Həmin oğlan qızı aldatmağa hazırlaşır. Ürəkdən sevən və ciddi fikirlə qıza yaxınlaşan oğlan daha kreativ və romantik sözlər deməyə qadirdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR