Dolma bükərkən ehtiyatlı olun!

Evdar xanımların nəzərinə! Yemək hazırlayarkən, xüsusilə də dolma bükərkən ehtiyatlı olun.

"Tenerxoz" və ya "Öküz soliteri" adlanan qurd invaziyası insan bədənində 50 metrə qədər uzanır və vaxtında aşkar olunmazsa orqanizmi sıradan çıxır. Milli Elmi Tədqiqat Profilaktika İnstitunun Yoluxucu-Parazitar klinik mərkəzinin baş həkimi Nərgiz Əliyeva deyir ki, son vaxtlar müraciətlərin sayında da artım müşahidə olunur. Bəzən gün ərzində müraciət edənlərdən 15-20 nəfərində soxulcan aşkarlanır.

Bu cür parazitlərdən qorunmaq üçün yeganə çıxış yolu isə vaxtlı-vaxtında müayinədən keçməkdir.

Həkimlər onu da məsləhət bilir ki, ilkin simptomları aşkar olunduqda ilk növbədə ixtisaslı mütəxəssilərə müraciət etsinlər. Çünki düzgün aparılmayan müalicə sonda fəsadlara gətirib çıxarır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR