Yol polisi maşını qovdu

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.

Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralı yalandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR