Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var

Çində naməlum şəxs insanlara hücum edib: ölənlər və yaralananlar var
17:27 28 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 may. REPORT.AZ/ Çində adı hələlik açıqlanmayan şəxs qətliam törədib.
"Report"un məlumatına görə, bu barədə "Beijing news" qəzeti xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə bazar günü Quyçjou vilayətinin Çjennin şəhər dairəsində qeydə alınıb. Belə ki, naməlum şəxs bıçaqla insanlara hücum edərək 6 nəfəri öldürüb. Daha 12 nəfəri isə yaralayıb.
O, yerli polis əməkdaşları tərəfindən saxlanılıb. Hücumun təfərrüatları hələlik məlum deyil. Lakin bildirilir ki, qatilin psixi problemləri olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-namelum-sexs-insanlara-hucum-edib-6-olu-12-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR