Yol polisinin qovduğu maşın qəzaya düşdü: sürücü öldü, 1 nəfər ağır yaralı var - VİDEO - FOTO

Yol polisinin qovduğu maşın qəzaya düşdü: sürücü öldü, 1 nəfər ağır yaralı var - VİDEO - FOTO
18:37 28 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qafqazinfo-ya hadisə şahidlərinin verdiyi məlumata görə, Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzaya səbəb yol polisinin "06" markalı maşını qovması olub.  

Hadisə nəticəsində "90-EH-176" dövlət nömrə nişanlı  VAZ-2106 markalı maşın tanınmaz hala düşüb, sürücü isə həlak olub. Həmin maşında bir nəfərin də ağır yaralandığı bildirilir.

Qeyd edək ki, qəzaya səbəb olan yol polisi "Hyundai Tucson"la sürücünü qovub, hadisə baş verəndən sonra oradan uzaqlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Yol polisinin qovduğu maşın qəzaya düşdü: sürücü öldü, 1 nəfər ağır yaralandı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/549049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR