Lənkəranda müəllimin qeyri-adi tədris üsulu

Lənkəranın ucqar dağ kəndi olan Gəgiranda çalışan tarix müəllimi qeyri-adi tədris üsulları ilə məşhurlaşıb.

Metbuat.az bildirir ki, sosial şəbəkələrdə də diqqət çəkən müəllim, dərsi uşaqlara sevdirmək üçün hətta rep deyir.

Görüntülərdə aydın olur ki, şagirdlərin həvəslə və aktiv iştirak etdiyi dərs tarix dərsidir.

Sosial şəbəkələrdə yayılan görüntüdəki gənc müəllim isə Həbib Əlizadədir. Müəllimin öyrətmək üçün yeni üsulu rep olub.

Qeyri-adi tədris üsulları gənc müəllimi şagirdlərə xeyli sevdirib. // Xezerxeber.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR