“WhatsApp” istifadəçilərinin sayı 700 milyonu ötüb

“WhatsApp” istifadəçilərinin sayı 700 milyonu ötüb
09:51 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Facebook” şirkətinin rəsmi səhifəsindəki məlumata əsasən, “WhatsApp” messencerinin istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.
 
Bildirək ki, messencerin abunəçilərinin sayı kəskin sürətlə artır. Belə ki, 2013-cü ilin ortalarında təxminən 200 milyon insan sözügedən messencerdən istifadə edib, 2014-cü ilin aprelinədək bu göstərici 500 milyonadək artıb və avqustda isə 600 milyon olub.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, illik bir dollarlıq abunə haqqına baxmayaraq, “WhatsApp” rəqiblərini xeyli geridə qoyub.
 
Məlumata görə, son vaxtlarda Rusiya, Braziliya, Hindistan və Meksikada “WhatsApp” istifadəçilərinin sürətli artımı qeydə alınıb. Avropa ölkələri arasında İspaniya liderdir: smartfon sahiblərinin 90 faizi sözügedən xidmətdən “SMS”-in alternativi kimi istifadə edirlər.
 
“WhatsApp” səsli ünsiyyəti işə salmağa hazırlaşır. İndi messencerin köməyi ilə yalnız mesaj yazmaq və fotoşəkil göndərmək mümkündür, amma tezliklə zəng etmək imkanı əlçatan olacaq.
 
Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34634-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR