Avtomobildəki 6 nəfər xəstəxanalıq oldu - onlardan üçü uşaqdır

Avtomobildəki 6 nəfər xəstəxanalıq oldu - onlardan üçü uşaqdır
19:04 28 May 2017
60 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır qəzada 7 nəfər xəsarət alıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hadisə zamanı “42-ZA-220” dövlət seriya nişanlı "VAZ-2106" markalı minik avtomobili “99-DK-328” dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Hadisə zamanı həmçinin “Opel’ markalı avtomobilin sürücüsü də yaralanıb. Yaralılar yerli sakinlərin köməyi ilə  deformasiyaya uğramış avtomobildən çıxarılıb, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

 
Sosial səhifələr

 


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR