Şimali Koreya raket buraxdı - VİDEO

Şimali Koreya raket buraxdı - VİDEO
19:05 28 May 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Şimali Koreyanın Mərkəzi Televiziyası yeni "yer-hava" tipli raketin sınaq buraxılışına dair video nümayiş etdirib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi bu gün səhər düşmənin pilotsuz təyyarələrini və raketlərini məhv etmək üçün "yer-hava" tipli raketin sınaq buraxılışının keçirildiyi barədə məlumat yayıb. 

Görüntülərdə nümayiş etdirilən yeni raket "soyuq buraxılış" texnologiyasına əsaslanır. "Soyuq buraxılış" zamanı raket qazın təzyiqi ilə buraxılır, sonradan havada yanacaqla hərəkət edir.  Bu da buraxılış qurğusunun zədələnməməsinə, qurğunun ömrünün uzanmasına, qısa intervala həmin qurğudan yeni raketin buraxılışını həyata keçirməyə imkan yaradır.
 
Sınaq buraxılışında Şimali Koreya lideri Kim Çen In iştirak edib. Sınaqdan razı qalan Şimali Koreya lideri raketin kütləvi buraxılışına başlanılması barədə göstəriş verib: "Bu raketlər bütün ölkəni meşə kimi bürüməli, düşmənin havada hökmran olması barədə illüziyalarını məhv etməlidir". 

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Şimali Koreya raket buraxdı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR