Polis cinayətkarları dronla təqib edəcək

Polis cinayətkarları dronla təqib edəcək
19:17 28 May 2017
Ölkə mətbuatı
A- A+

Avstraliyanın qərbində polis cinayətkarları təqib etmək və xilasedicilərə kömək məqsədilə dronlardan istifadə edəcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Qərbi Avstraliya polisi distansion aviasiya sistemlərinin idarə olunması ilə bağlı təcrübəyə malik olan pilotu işə götürüb.  
 
Pilotsuz uçuş aparatları polis üçün helikopterlərdən daha ucuz başa gələcək və gizli əməliyyatlarda daha effektiv ola bilər. Dronların gecəgörmə cihazları ilə təchiz edilməsi də mümkündür. Onlar real rejimdə bütün informasiyaları kompüter və smartfonlara ötürəcək.
 
Cinayətkarların təqibi ilə yanaşı, xilasedici qrupların işinə kömək üçün də dronlardan istifadə olunması planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR