Lənkəranda ağır qəza: yaralananların kimliyi bilindi - VİDEO - FOTO - YENİLƏNİB

Lənkəranda ağır qəza: yaralananların kimliyi bilindi - VİDEO - FOTO - YENİLƏNİB
19:17 28 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ağır yol qəzası nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, qəza nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1973-cü il təvəllüdlü Liman şəhər sakini Əsgərov Mürsəl Nail oğlu, avtomobildə olan sərnişinlər - onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Liman şəhər sakini Əsgərova Günel Musa qızı, onların yaş yarımlıq qızları Əsgərzadə Zəhra Mürsəl qızı, sürücünün qaynı uşaqları - 9 yaşlı Boladi kənd sakinləri - Qasımov Əlişan Sənan oğlu və 6-7 yaşlı Qasımova Aylin Məmməd qızı, həmçinin sürücünün baldızı, hamilə vəziyyətində olan 1979-cu il təvəllüdlü Boladi kənd sakini Haşimova Günay Hidayət qızı xəsarət alıb.
Qəza zamanı yaralananlardan digəri isə "Opel" markalı maşının sürücüsü Astara sakini Hüseynov Xudaverdi Səxavət oğludur.

17:53

Lənkəranda 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.
Belə ki, "42-ZA-220" dövlət seriya nişanlı, "VAZ-2106" markalı avtomobil "99-DK-328" dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2106"da olan üç azyaşlı, iki qadın və sürücü ağır xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı xəsarət almış qadınlardan biri hamilədir.
Hadisə zamanı həmçinin "Opel" markalı avtomobilin sürücüsü də yaralanıb.
Yaralılar yerli sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Lənkəranda ağır yol qəzası


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR