Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?

Hansı günlərdə oruc tutmaq müstəhəb sayılır?
19:22 28 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Oruc tutmaq İslam dinində bəyənilən və müstəhəb bilinən əməllərdən sayılır. Ona görə də ilin istənilən günündə oruc tutmaq müstəhəbdir. Yalnız Fitr və Qurban bayramı günləri istisnadır; həmin günlərdə oruc tutmaq haramdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, bundan əlavə, aşağıda göstərilən günlərdə oruc tutmağın xüsusi savabı olduğu bildirilir:

Hər qəməri ayın (müsəlman ayının) 13-cü, 14-cü və 15-ci günləri.

Hər qəməri ayın birinci və sonuncu cümə axşamı günləri. Eləcə də, hər ayın 10-dan sonrakı ilk çərşənbə günü.

Rəcəb və şəban aylarının istənilən günləri.

Novruz bayramı günü.

Şəvval ayının 4-dən 9-na kimi keçən altı gün.

Zilqədə ayının 25-i və 29-u, zilhiccə ayının 1-dən 9-na kimi.

Qədir-Xüm bayramı günü (18 zilhiccə).

Mübahilə günü (24 zilhiccə).

Mühərrəm ayının 1-i, 3-ü və 7-si.

Peyğəmbərin mövlud günü (17 rəbiül-əvvəl).

Cəmadiyül-əvvəl ayının 15-i.

Peyğəmbərin besət günü (27 rəcəb).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR