Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır

Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır
19:23 28 May 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Liviyada vəziyyətin gərginləşməsindən narahatdır və bu ölkənin bütün ərazisində silahlı toqquşmaları dayandırmağa çağırır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə XİN-nin yaydığı bəyanatda deyilir.

"26 may tarixində Tripoli rayonunda baş verən toqquşmalar ciddi narahatlıq doğurur. Fikir ayrılığının aradan qaldırılmasının yeganə yolu danışıqlardır. Tərəfləri Liviyanın təhlükəsizlik və sabitliyini pozan addımlardan çəkinməyə çağırırıq", - bəyanatda deyilir.

Qeyd edək ki, Tripoli rayonunda son toqquşmalarda 25 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb. (Trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR