Mançesterdəki teraktla bağlı daha bir nəfər saxlanıldı - FOTO

Mançesterdəki teraktla bağlı daha bir nəfər saxlanıldı - FOTO
19:32 28 May 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb, onlardan 2-si buraxılıb, 12 nəfər həbsdə qalır.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR