Boşadığı arvadının evinə getdi, 8 nəfəri güllələdi - FOTO

Boşadığı arvadının evinə getdi, 8 nəfəri güllələdi - FOTO
19:32 28 May 2017
113 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Missipi ştatındakı Linkoln şəhərində atışma nəticəsində 8 nəfər güllələnib.

Mili.Az Associated Press-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) yerli idarəsinin nümayəndəsi Uorren Streyn açıqlama verib.

İnsanları gülləbaran edən 35 yaşlı qaradərili Uilli Kori Qodbolt tutulub. Həlak olanlar arasında Linkoln dairəsinin şerifin Stiven Raşinqin müavini də var.

Atışma üç evdə olub.

İlkin məlumatlara görə, Qodbolt boşandığı arvadının evində olan uşaqlarını götürmək istəyib. Buna onun sabiq arvadının valideynləri və qonşular mane olmaq istəyəndə o, atəş açmağa başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR