Göygöldə "Volkswagen" yanıb

Göygöldə yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Göygöl rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobilin salonunda idarəetmə lövhəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR