Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlandı

Cocuq Mərcanlıda 1168 ədəd qəlpə aşkarlandı
19:43 28 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan Publika.az-a verilən məlumata görə, gün ərzində 1168 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

Nəticə etibarilə 26 353 kv.m (2.64 ha) ərazi tam təmizlənib, 19 400 kv.m (1.94 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Beləliklə, cəmi 45 753 kv.m (4.58 ha) ərazi təmizlənib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR