Məşhur aktyor Boeing-ini hədiyyə etdi

Məşhur aktyor Boeing-ini hədiyyə etdi
19:47 28 May 2017
Ölkə mətbuatı
A- A+

Dünya kinematoqrafının ulduzlarından biri, amerikalı aktyor Con Travolta Boeing 707 avialaynerini Avstraliyada tarixi təyyarələrin bərpası ilə məşğul olan cəmiyyətə (Historical Aircraft Restoration society, HARS) hədiyyə edib.

Milli.Az bildirir ki, bu barədə açıqlama aktyorun rəsmi saytında yerləşdirilib.

C.Travoltanın Boeing 707 avialayneri 1964-cü ildən bəri Avstraliyanın "Qantas" aviaşirkətinə məxsusdu. Sonradan təyyarədə rekonstruksiya işləri aparılıb.

HARS-ın prezidenti Bob De La Hanti bu yaxınlarda mühəndislər komandasının Floridaya, Travoltanın villasına yollanaraq təyyarəni uçuşa hazırlamağa başlayacaqlarını deyib.

Təyarə hazır olandan sonra səmaya qalxaraq Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki İllavara şəhər hava limanına üz tutacaq.

Con Travoltanın Floridadakı 12,5 milyon dollarlıq villasının özəl aerodromu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/549058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR