"Trampın prezidentliyi tam bir iflasdır"

"Trampın prezidentliyi tam bir iflasdır"
19:57 28 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri John Boehner Trampın prezidentliyini "tam bir iflas" adlandırıb.

Trampın uzun müddət dostu olmuş, respublikaçı Boehner Hyustonda keçirilən enerji konfransında çıxış edirdi.

"O hələ ki, prezident olmağı öyrənir" - deyib cənab Boehner.

Məqalədə deyilir ki, Boehner spiker vəzifəsindən istefa verəndən bəri, ümumiyyətlə partiyadaşları barədə tənqidi fikirləri daha tez-tez səsləndirir.

O bu dəfəki çıxışında respublikaçıların Obamacare kimi tanınan tibbi sığörta sisteminin ləğvi barədə qərarını tənqid edib və deyib ki, respublikaçılar bu məsələdə öz aralarında heç vaxt razılığa gəlməyəcəklər və Obamanın qoyduğu sistemi tam aradan qaldırmaq mümkün olmayacaq.

Məqalədə deyilir ki, keçmiş spikerin fikirləri bir neçə tanınmış respublikaçının rəyi ilə üst-üstə düşür. Bu respublikaçılar belə bir qənaətdədirlər ki, "Ağ Ev üzüaşağı yuvarlanmaqda davam edir" və qalmaqalların miqyasına görə Watergate qalmaqalına yaxınlaşır.

Lakin Boehner demokratlara impiçment səylərindən geri çəkilməyi məsləhət görür və deyir ki, bu, yalnız Trampın tərəfdarlarını səfərbər edəcək.

"Unutmayın ki, impiçment hüquqi yox, siyasi prosesdir" - deyib Boehner.

Boehner bunu da bildirib ki, o Trampın hazırkı vəziyyətinə qibtə etmir.

"Mən qırmızı şərab içirəm, siqaret çəkirəm, bağımdakı çəmənliyi özüm biçirəm, qolf oynayıram, köynəklərimi də özüm ütüləyirəm və bütün bunları Trampın yerində olmağa dəyişməzdim" - deyib keçmiş spiker.

"The İndependent" yazır ki, bu arada keçmiş teleşou aparıcısı Trampın reytinqi aşağıya doğru sürüşməkdə davam edir.

Fox News telekanalının bu həftə apardığı rəy sorğusuna görə onun populyarlığı aprel ayındakı 45 faizdən hazırda 28 faizə düşüb.

Məqalədə deyilir kİ, o ilk on ay üçün 1953-cü ildən bəri ən qeyri-populyar ABŞ prezidentidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR