Lənkəranda velosipedçini maşın vuraraq öldürüb

Ələt-Astara magistralının 204-cü kilometrliyində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Həsənov Vasif Baxşəli oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 1965-ci il təvəllüdlü Velədi kənd sakini Ələsgərov Tərlan Ələsgər oğlunu vurub. O, hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.

Ölən şəxsin tikintidə fəhlə işlədiyi bildirilir. // Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR