Mançesterdəki terror aktı ilə əlaqəli

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.

Metbuat.az bildirir ki, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb, onlardan 2-si buraxılıb, 12 nəfər həbsdə qalır.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR