Maksvelin inanılmaz kubok kolleksiyası: 35 yaşda 37 titul

Maksvelin inanılmaz kubok kolleksiyası: 35 yaşda 37 titul
20:12 28 May 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Maksvell PSJ ilə Fransa Liqa kubokunu qazanaraq aktivindəki mükafat sayını bir az da artırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu, braziliyalı oyunçunun müxtəlif turnirlərdə qazandığı 37-ci qələbə olub.
 
35 yaşlı sol cinah müdafiəçisi bununla da dünyanın ən çox kubok qazanan futbolçusu olub.
 
Futbol karyerasında vətəni Braziliyada - "Kruzeyro"da başlayan Maksvell burada 1 kubok əldə edib.
 
Daha sonra Avropadakı ilk klubu "Ayaks"da 6 dəfə "qənimət"i başı üzərinə qaldıran "solaxay", İtaliya "İnter"i ilə də 5 dəfə müxtəlif turnirlərin qalibi olub.
 
Ardınca "Barselona"ya transfer olan oyunçu kataloniyalılarla 10 dəfə müxtəlif səviyyəli titullar qazanıb.
 
Hazırda karyerasını davam etdirdiyi PSJ-də isə son olaraq əldə etdiyi Fransa Kuboku ilə birlikdə qazancını 15-ə çatdıran Maksvell dünya rekordunu müəyyənləşdirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR