Əhəmiyyətsiz qələbənin qəhrəmanları

Əhəmiyyətsiz qələbənin qəhrəmanları
20:12 28 May 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk 4 matçın hamısında 0:3 hesablı məğlub olan Fərid Cəlalovun yetirmələri İslandiya voleybolçuları ilə üz-üzə gəliblər.
 
Görüş millimizin 3:0 (25:16, 25:17, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. Hər üç setdə rəqibindən aşkar üstün olan yığmamızın heyətində 10 oyunçu aktivinə xal yazmağı bacarıb.
 
Ən çox uğur əldə edən Rəsul İbrahimov olub. Voleybolçumuz 10 xal toplaya bilib. Onu 9 xalla Dmitri Obodnikov izləyib. Cavid Süleymanov və Aqil Ağazadə isə 8 dəfə fərqləniblər.
 
Digər oyunçularımızıdan Dmitri Baranov 6, İvan Kazaçkov 5, Elmin Alışanov 4, Tural Həsənli, Vadim Kutukov və Pərviz Səmədov isə millinin hesabına 2 xal yazıdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR