Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanıldı

Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanıldı
20:13 28 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb, onlardan 2-si buraxılıb, 12 nəfər həbsdə qalır.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. (trend)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR