Dünyanın ən titullu futbolçusu bəlli oldu

Dünyanın ən titullu futbolçusu bəlli oldu
20:14 28 May 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Maksvell PSJ ilə Fransa Liqa kubokunu qazanaraq aktivindəki mükafat sayını bir az da artırıb. Apasport.az saytının məlumatına görə, bu, braziliyalı oyunçunun müxtəlif turnirlərdə qazandığı 37-ci qələbə olub.

 

35 yaşlı sol cinah müdafiəçisi bununla da dünyanın ən çox kubok qazanan futbolçusu olub.

 

Futbol karyerasında vətəni Braziliyada – “Kruzeyro”da başlayan Maksvell burada 1 kubok əldə edib.

 

Daha sonra Avropadakı ilk klubu “Ayaks”da 6 dəfə “qənimət”i başı üzərinə qaldıran “solaxay”, İtaliya “İnter”i ilə də 5 dəfə müxtəlif turnirlərin qalibi olub.

 

Ardınca “Barselona”ya transfer olan oyunçu kataloniyalılarla 10 dəfə müxtəlif səviyyəli titullar qazanıb.

 

Hazırda karyerasını davam etdirdiyi PSJ-də isə son olaraq əldə etdiyi Fransa Kuboku ilə birlikdə qazancını 15-ə çatdıran Maksvell dünya rekordunu müəyyənləşdirib.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR