Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verilib

Mingəçevirdə anasının qətlində şübhəli bilinən şəxs axtarışa verilib
20:22 28 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Mingəçevir. 28 may. REPORT.AZ/ Anasının qətlində şübhəli bilinən Mingəçevir şəhər sakini axtarışa verilib.
“Report”un Şirvan bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü Nail Əlövsət oğlu Məhərrəmovun tapılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nail ailənin ortancıl oğludur və əvvələr məhkumluq həyatı yaşayıb. Hadisədən öncə dostlarına və yaxınlarına xarici ölkələrdən birinə mühacirət etmək niyyətində olduğunu bildirib.
Hadisə mayın 27-də, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 10, mənzil 3-də baş verib. 1967-ci il təvəllüdlü şəhər sakini Kəmalə Məhərrəmova evində ölü vəziyyətdə taplıb. O, uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğlu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/mingecevirde-anasinin-qetlinde-subheli-bilinen-sexs-axtarisa-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR