Moskva "Lokomotiv"i Azərbaycan klubuyla oynayacaq - RƏSMİ

Moskva "Lokomotiv"i Azərbaycan klubuyla oynayacaq  - RƏSMİ
20:47 28 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Avroliqada oynayacaq “Qəbələ”nin hazırlıq planı bəllidi. Bu barədə Fanat.Az-a klubun əsas komandasının meneceri Səbuhi Səfiyarlı məlumat verib.


 

Avstriyaya yollanacağı haqda bir müddət öncə məlumat verdiyimiz komanda Tirol bölgəsində məskunlaşacaq. 7-22  iyun aralığında təlim-məşq toplanışında olacaq qəbələlilər 4 yoxlama oyunu keçirəcək.

 

"Qəbələ"nin rəqiblərindən birinin adı da məlumdu. İyunun 19-da "qırmızı-qaralar" keçmiş baş məşqçisi Yuri Syominin çalışdırdığı Moskva "Lokomotiv"iylə üz-üzə gələcək.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-moskva-quotlokomotivquoti-azrbaycan-klubuyla-oynayacaq-t58382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR