"Formula 1": Monako Qran Prisinə yekun vurulub - FOTO

"Formula 1": Monako Qran Prisinə yekun vurulub - FOTO
20:52 28 May 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

"Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" üzrə Monako Qran Prisinin qalibi olub.

Milli.Az "Report"a istinadən bildirir ki,78 mərhələnin yekununda almaniyalı pilot finişə 1 saat 44 dəqiqə 44,340 saniyəyə çatıb.
İkinci yeri onun finlandiyalı komanda yoldaşı Kimi Raykonen tutub. Raykonen Fetteldən 3,145 saniyə geri qalıb. Liderə 3,745 saniyə uduzan "Red Bull" pilotu Daniel Rikkardo isə üçüncü olub. Yürüşə 20 iştirakçı qatılsa da, onlardan 15-i finişə çatıb.
Sayca 6-cı mərhələdən sonra aktivinə daha 25 xal yazan Fettel sürücülərin mübarizəsində 129 xalla 1-ci pillədə möhkəmlənib. Sonrakı yerlərdə "Mercedes" pilotları - böyük britaniyalı Luis Hemilton (104 xal) və finlandiyalı Valtteri Bottas (75 xal) qərarlaşıb. Avtomobillərin yarışında isə ilk 3 yeri 196 xalla "Ferrari", 179 xalla "Mercedes" və 97 xalla "Red Bull" tutur.
Növbəti mərhələ 9 - 11 iyunda Kanadada olacaq.
Qeyd edək ki, Monako Qran Prisini İngiltərənin "Mançester Yunayted" futbol komandasının baş məşqçisi Joze Mourinyo da izləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/549068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR