Lənkəranda velosipedçini maşın vurub öldürdü - FOTO

Lənkəranda velosipedçini maşın vurub öldürdü -  FOTO
20:57 28 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Ələt-Astara magistralının 204-cü kilometrliyində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Lənkəran rayon Mamusta kənd sakini Həsənov Vasif Baxşəli oğlu idarə etdiyi "VAZ-21015" markalı avtomobil ilə velosipeddə hərəkətdə olan 1965-ci il təvəllüdlü Velədi kənd sakini Ələsgərov Tərlan Ələsgər oğlunu vurub. O, hadisə yerində keçinib. Sürücü izahatı alınması üçün Lənkəran rayon Polis şöbəsinə aparılıb.
Ölən şəxsin tikintidə fəhlə işlədiyi bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR