Müxtəlif cür çəlləklər hazırlayır: qiyməti ölçüsünə görə dəyişir - VİDEO

Müxtəlif cür çəlləklər hazırlayır: qiyməti ölçüsünə görə dəyişir - VİDEO
21:12 28 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl sakini Cahan Cəfərov 30 ildən artıqdır ki, qədim sənət nümunələrindən olan çəlləkçiliklə məşğul olur. Bu sənəti yaşadan ustanın əl işlərinə maraq getdikcə azalsa da, əsl palıd çəlləyinin qiymətini bilənlər hələ də tapılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ağacdan müxtəlif cür çəlləklər hazırlayır. Göygöl sakini, 58 yaşlı Cahan Cəfərov 30 ildən artıqdır ki, çəlləkçiliklə məşğul olur. Çəlləyi palıd ağacından xüsusi üsulla hazırlayan Cahan usta bu sənətə bəzi yeniliklər də gətirib. O, kiçik çəlləklər üçün ayaqaltının, 3 növdə içki tökülə bilən çəlləyin və dibçək çəlləklərin müəllifidir. Bu iş üçün istisna hallarda fıstıq ağacından da istifadə olunur. Bu çəlləklərdən isə limonad sexlərində istifadə edilir.
Palıdın çəllək hazırlanmasında əsas material olması da təsadüfi deyil. Ustanın sözlərinə görə, məhz bu ağac çəlləkdəki içkiyə özünəməxsus dad və rəng verir. Bu qablar ən çox şərabçılıqda istifadə olunsa da, çəlləklərdə qida məhsullarını saxlayanlar da çoxdur. Çünki bu cür qablarda qida məhsulları saxlamaq daha təhlükəsizdir.
Çəlləklərin qiyməti isə əsasən ölçüsünə görə dəyişir.
500 litrlik çəllək isə 350-400 manata təklif edilir. Cahan Cəfərov deyir ki, bu sənəti öyrənməyə maraq göstərən yoxdur. Lakin əsl çəlləyin dəyərini bilənlər az da olsa qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR