Azərbaycanda yeganə kolleksiya: o, digərlərindən fərqlənir -VİDEO

Azərbaycanda yeganə kolleksiya: o, digərlərindən fərqlənir -VİDEO
21:12 28 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

İndi sizi Azərbaycanda yeganə miniatür stul və kreslo kolleksiyası olan şəxslə tanış edəcəyik. Məsələ burasındadır ki, o miniatür kolleksiyanı özü hazırlayıb. Qaynaqçı elektrik olan 55 yaşlı Rəhman Hacıbalayev 10 ildir ki, ovucun içinə sığacaq qədər kiçik olan stul və kreslolar hazırlayır. Özü də sadəcə bir qayçı və saç sancağının köməyi ilə. Bu maraqlı adamı və onun kolleksiyasını siz də tanıyin.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, miniatür kolleksiyalar çox görmüşdük. Bu da stul və kreslo kolleksiyası.
Rəhman Hacıbalayev Azərbaycanda yeganə stul və kreslo kolleksiyasının sahibidir. O bu kolleksiyanı 10 il ərzində özü hazırlayıb.
O müxtəlif nazik dəmir qablardan istifadə edir. Onları hissələrə bölür, səliqə ilə bükür, müxtəlif formalarda stul və kreslolar hazırlayır.
Kolleksioner nümunələrin sayını çoxaldıb sonra onları satmaq istəyir.
55 yaşlı Rəhman Hacıbalayev həmçinin qayanaqçı elektrikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/549074.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR