Cümə günü oruc tutmaq savabdırmı?

Cümə günü oruc tutmaq savabdırmı?
21:22 28 May 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Cümə gününün orucunun müstəhəbliyi barədə bəzi hədislər mövcuddur. Bir nəfər İmam Cəfər Sadiqdən soruşdu ki, sədəqə və müstəhəb oruc kimi əməllərlə savab qazanmaq istəyən adam nə etsin? (Yəni bunları nə zaman etsin ki, çox savab qazansın?) İmam cavab verdi: "Müstəhəbdir ki, bu cür işlər cümə günündə baş versin.

Milli.Az islam.az-a istinadən bildirir ki, çünki cümə günü yerinə yetirilən əməlin savabı artar" (Vəsail əl-şiə, 10-cu cild, səh. 412, hədis 13728; Şeyx Səduq. Əl-Xisal, 2-ci cild, səh. 392-393). Həmçinin, cümə günü səbirlə və əvəziniAllahdan umaraq oruc tutan şəxsə Yer günləri ilə müqayisə olunmayacaq dərəcədə işıqlı və hərarətli olan on gündə oruc tutmuş adamın savabı qədər savab bəxş ediləcəyi barədə hədis vardır (Şeyx Səduq. Üyun əxbar əl-Riza, 2-ci cild, səh. 36-37).

Cümə günü orucunun müstəhəb olması barədə cəfəri alimləri arasında bəzi fikir ayrılıqları da vardır ki, mərhum Seyyid Əli Təbatəbai "Riyaz əl-məsail" kitabında bunlara aydınlıq gətirmişdir (Seyyid Əli Təbatəbai. Riyaz əl-məsail, 5-ci cild, səh. 464-465).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR