Qazaxda iki “VAZ” toqquşdu - 3 yaralı

Qazaxda iki “VAZ” toqquşdu - 3 yaralı
21:34 28 May 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan iki “VAZ2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

 

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275643

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR