Qazaxda yol qəzası

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Metbuat.az bildirir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ2106” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır. // APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR