İmişlidə maşın dirəyə çırpıldı - bacı və qardaş yaralandı

İmişlidə maşın dirəyə çırpıldı - bacı və qardaş yaralandı
22:19 28 May 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə,  “VAZ 2106” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və maşın dirəyə çırpılıb.

 

Qəza zamanı sürücü, Cavadxan kənd sakini, 1964-cü il təvəllüdlü Nəcəfov Elman Hafiz oğlu və bacısı, 1955-cı il təvəllüdlü Əyyubova Fatma Hafiz qızı  müxtəlif bədən xəsarətləri alaraq İmişli rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

 

Vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://news.lent.az/news/275645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR