İmişlidə baş verən yol qəzasında bacı və qardaş xəsarət alıb

İmişlidə baş verən yol qəzasında bacı və qardaş xəsarət alıb
22:32 28 May 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 28 may. REPORT.AZ/ İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavadxanlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 53 yaşlı Elman Hafiz oğlu Nəcəfov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onu bacısı, 62 yaşlı Fatma Hafiz qızı Əyyubova İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-bas-veren-yol-qezasinda-baci-ve-qardas-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR