Kann kinofestivalı: ən yaxşılar seçildi - FOTO

Kann kinofestivalı: ən yaxşılar seçildi - FOTO
22:42 28 May 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Kann şəhərində keçirilən 70-ci beynəlxalq kinofestival bu günü başa çatır.

Milli.Az European-a istinadən bildirir ki, festivalın baş mükafatı olan "Qızıl palma budağı"na isveçli kinorejissor Ruben Estlundun "The Square" ("Kvadrat") filmi layiq görülüb.

"Ən yaxşı aktrisa" nominasiyasında Diana Krüger, "Ən yaxşı aktyor" nominasiyasında isə Xoakin Feniks qalib sayılıb. Sofiya Koppola isə "The Beguiled" filminə görə "Ən yaxşı rejissor"mükafatını alıb.

Rusiyalı kinorejissor Andrey Zvagintsevin "Loveless" filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/549094.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR